19.04.2022
19.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzi Kitabxananın qarşısında 23 aprel –Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə Mərkəzi kitabxananın əməkdaşları “Kitab elmin açarıdır “ başlıqlı kitab sərgisi təşkil etdilər.
Sərgidə xeyli sayda kitab nümayiş etdirildi. Rayon İcra Hakimiyyətinin,Gənclər və İdman İdarəsinin,Mədəniyyət Mərkəzinin və Rəsm Qalareyasının əməkdaşları da təşkil edilmiş sərgi ilə tanış oldular.
Xidmət şöbəsinin işçiləri nümayiş olunan kitablar barədə oxuculara məlumat verdilər.Təşkil edilmiş sərgi geniş oxucu kütləsinin marağına səbəb oldu.Əziz oxucular hər birinizi mütaliədən zövq almağa çağırırıq.